Prezident Eldar Quliyevə “İstiqlal” ordeni verdi

00:00 - 24 Yanvar 2021

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti İttifaqın katibi, Xalq artisti, professor Eldar Quliyevi "İstiqlal" ordeni ilə təltif olunması münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür arulayır.