Respublika Kinematoqrafçılar İttifaqının İdarə heyəti Eldar Quliyevin vəfatına görə başsağlığı verir

15:03 - 16 Aprel 2021

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. 2021 – ci il aprelin 16–da məşhur kinorejissor, ssenarist, Xalq artisti, Azərbaycan Dövlət Mükafatı laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kino kafedrasının professoru , Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü Eldar Tofiq oğlu Quliyev uzun sürən ağır xəstəlikdən sonra 80 yaşında vəfat etmişdir.

 

Eldar Quliyev 18 yanvar 1941 – ci ildə Bakıda anadan olmuşdur. 1960 – 1966-cı illərdə Moskva Umumittifaq Dövlət Kinematoqrafiya İnstitunun rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alıb. 1967 – ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Biri vardı, biri yoxdu” adlı ilk qisametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. 1960 –cı ildə ilk böyük ekran əsəri olan “ Bir cənub şəhərində “ filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə “ Babək “ bədii filmini çəkir və bu film professionallıq səviyyəsinə, kütləvi və batal səhnələrin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “ Babək” filmi 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı “ Ən vacib müsahibə” , “Var olun qızlar” , “Ürək...Ürək” , “Nizami”, “Nə gözəldir bu dünya “, “Girov” və s. filmlərə quruluş verib.

Eldar Quliyev həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. “Debüt” studiyasının bədii rəhbəri kimi səmərəli faəliyyət göstərmişdir.

Eldar Quliyevin layiq görüldüyü fəxri adların və dövlət mükafatlarının siyahısı:

 

Azərbaycan kino sənətinin inkişafına mühüm töhfələr vermiş görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyevin vəfatını dərin hüznlə və böyük kədər hissi ilə qarşılayan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirlər.

Qəbrin nurla dolsun əziz dost, böyük sənətkar!

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyəti.