Hamımızın Zəfər bayramımız mübarək olsun. Qarabağ Azərbaycandır!

12:40 - 5 Noyabr 2021

          Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz  Azərbaycan Ordusunun erməni faşizmi  üzərində Şanlı Qələbəsindən  düz 1 il keçir. 2020-ci il sentyabrın 27-dən noyabrın 8–dək davam edən 44 günlük Zəfər Yürüşü bütövlükdə Azərbaycan xalqının bütün dünyaya örnək olası haqq işinin əbədiyaşar təntənəsinə çevrildi. 30 ildən artıq davam edən erməni işğalına son qoyuldu.Bununla da vəhşi erməni xislətinə, ermənizm ideyalarına endirilən möhtəşəm Dəmir Yumruq sülhsevər xalqımızın, Ali Baş Komandanın hansı potensiala malik olduğunun əyani şəkildə sübut etdi.


          Azərbaycan Prezidenti, Silahlı Qüvəllərin Ali Baş Komandanı İlham Əliyev istər müqəddəs savaş dövründə , istərsə də sonrakı günlərdə xarici ölkə jurnalistlərinə  verdiyi müsahibələrdə, xalqa müraciətlərində xalqımızın öz suveren hüquqlarının, ərazi bütövlüyümüzün bərpası uğrunda apardığı haqq savaşının bütövlükdə regiona, Cənubi Qafqaza barış və sosial – iqtisadi uğurlar gətirəcəyini görkəmli dövlət adamı və diplomat olaraq açıq şəkildə bəyan edirdi. Dövlət başçısı 8–ci Qlobal Bakı forumundakı çıxışında vurğulayıb ki, hazırda biz azad edilmiş əraziləri bərpa edirik, artıq genişmiqyaslı dövlət proqramı həyata keçirilir. Cənab İlham Əliyev ümid etdiyini bildirib ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan çox soydaşımız öz əzəli yurdalarına qayıdacaq. Bu müharibə onu göstərdi ki, tez və gec ədalət zəfər çalacaq.


          Hazırda işğaldan azad edilmiş ərazilərdə görünməmiş vüsətlə quruculuq, abadlıq işləri görülür. Cəmi 8 ay ərzində Füzulidə Beynəlxalq Aeroportun istifadəyə verilməsi, Şuşaya uzanan Zəfər yolunun tikilib başa çatdırılması Azərbaycan Dövlətinin gücünü, xalqımızın qurub- yaratmaq və Qələbə əzmini bir daha sübüt edir.


    İndi dünyanın bir çox aparıcı dövlətlərində Azərbaycan Ordusunun Qələbə taktikası və strategiyası öyrənilir, xaqımızın qazandığı zəfərin çalarları araşdırılır. Heyrətini gizlətməyənlər, həsəd aparanlar da var. Azərbaycan isə dost ölkələrin, ilk növbədə qardaş Türkiyənin hərtərəfli dəstəyi ilə daha böyük uğurlara imza atmaq əzmindədir.


    Xalqımızın bütün təbəqələri kimi, biz kinematoqrafçılar da ölkəmizin haqq işini dəstəkləyir, Azərbaycan Prezidenti, Ali Baş Komandanın yanında olduğumuzu bəyan edirik. Onu da bildiririk ki, Azərbaycanın Zəfər tarixini kinolentin yaddaşında salnamələşdirmək üçün əlimizdən gələni  etməyə hazırıq. Yenicə istehsal olunmuş “Şuşa, sən azadsan” və “Biz” filmləri də kinematoqrafçıların Böyül Qələbəyə müjdəsi kimi dəyərləndirilir.


    Hamımızın Zəfər bayramımız mübarək olsun. Qarabağ Azərbaycandır!