Şahin Qalabəyovun 80 illik yubileyidir

13:05 - 28 Mart 2022

Əməkdar Mədəniyyət işçisi Şahin Qalabəyovun doğum günüdür.

Bütün ömrünü və taleyini kino sənətinə bağlayan Şahin Qalabəyov 1957 – ci ildən 1964 – cü ilədək C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında çəkilən “ Uzaq sahillərdə”, “ Ögey ana”, “Böyük dayaq”, “ Aygün”, “ Bir qalanın sirri”, “ Sehirli xalat”, “Əsil dost” və digər məşhur filmlərdə  səsləndirmə prosesini ustalıqla həyata keçirmişdir. Sonralar Azərbaycantelefilm Yaradıcılıq Birliyində, Dövlət Film Fondunda çalışan Şahin Qalabəyov bir sıra bədii və sənədli filmlərin araya - ərsəyə gəlməsində səs rejissoru və film direktoru kimi xüsusi faəllıq göstərmişdir. Şahin Qalabəyovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 2011–ci ildə ona Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir. 


Şahin Qalabəyov eyni zamanda, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti Şahin Qalabəyovu 80 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır.