"Quşlara xütbə" filmi Tokio Beynəlxalq Film Festivalında iştirak edir

10:09 - 25 Oktyabr 2023

Rejissor Hilal Baydarovun “Savaş Nağılları” və ya digər adıyla “Xütbə” trilogiyasının ikinci filmi “Quşlara Xütbə”  Tokio Beynəlxalq Film Festivalında iştirak edir.

Qeyd edək ki, bu il jüriyə dünyaca məşhur rejissor Wim Wenders rəhbərlik edir. 

Nəzərinizə çatdırırıq ki, "Quşlara xütbə" filmində əsas rolları Rəna Əsgərova, Orxan İskəndərli, Hüseyn Nəsirov canlandırıb.