Martin Skorseze “Qızıl Ayı” fəxri mükafatına laiq görülüb

15:38 - 22 Dekabr 2023

2024-cü il fevralın 15-25-də keçiriləcək Beynəlxalq Berlin Kinofestivalında “Qızıl Ayı” fəxri mükafatı laureatının adı indidən məlum olub. Bu mükafata Hollivudun məşhur kinorejissoru, “Göylərin hakimi”, “Pul ovçusu”, “The Irishman” və “Zindan adası” kimi kino aləmində böyük əks-səda doğurmuş filmlərin quruluşçu rejissoru Martin Skorseze layiq görülüb.

Festivala sədrlik edən Karlo Çatrian və Mariette Rissenbek məşhur kinorejissoru “dünyada bənzəri olmayan” kino xadimi adlandırıblar.

Martin Skorsezenin son uğuru aktyorlar Leonardo Di Kaprio, Robert De Niro, Brendan Freyzerin əsas rolları oynadıqları və Kann Film Festivalında premyerası olmuş “Killers of the Flower Moon” filmidir. Bu maraqlı ekran əsəri Oskar mükafatı üçün ən yaxşı namizəd hesab edilir.