"BAFTA 2024"-ün qalibləri elan olundu

11:58 - 19 Fevral 2024

18 fevral 2024-cü ildə Britaniya Kino və Televiziya Sənətləri Akademiyası 2023-cü ilin nəticələrinə yekun vurdu və 2024-cü il BAFTA Film Mükafatlarının qaliblərini elan etdi. Mərasimə aparıcılığı aktyor Devid Tennant edib . Qeyd edək ki , mərasimin nəticələri  çox vaxt  mart ayında keçiriləcək Oskar mükafatının nəticələri ilə üst-üstə düşür.

Bu ilki BAFTA da  Mükafatların sayına görə Oppenheimer” filmi siyahıya liderlik edib. Kristofer Nolanın rejissoru olduğu film aşağıdakı nominasiyalarda qalib olub: “ən yaxşı film”, “ən yaxşı rejissor”, “ən yaxşı aktyor” (Killian Mörfey), “ən yaxşı ikinci plan aktyoru” (Robert Dauni), “ən yaxşı musiqi”, “ən yaxşı operator işi” və "ən yaxşı montaj".

Növbəti ən çox mükafat alan film “Kasıb bədbəxtlər” filmi olub. Film beş nominasiyada qalib elan olunub: “ən yaxşı aktrisa” (Emma Stoun), “ən yaxşı vizual effektlər”, “ən yaxşı makiyaj və saç düzümü”, “ən yaxşı istehsal dizaynı” və “ən yaxşı kostyum dizaynı”. "Maraq zonası" filmi  üç nominasiyada  qalib olub – “ən yaxşı Britaniya filmi”, “ən yaxşı qeyri-ingilis dilində film” və “ən yaxşı səs”. “Tərk olunmuşlar” filminin iki qalibiyyəti var: “ən yaxşı köməkçi aktrisa (Davaine Joy Randolph) və ən yaxşı kasting”.

Bundan əlavə “Düşüşün anatomiyası” filmi  “ən yaxşı orijinal ssenari”,  "Amerika fantastikası" filmi “ən yaxşı ekranizasiya” , “Oğlan və quş” cizgi filmi “ən yaxşı cizgi film” , “Meduza və Lobster” “ən yaxşı qısametrajlı film” və.b nominasiyalarda qaliblər elan olundu.