00:00 - 11 Oktyabr 2016

Məşhur Polşa rejissoru Anjey Vayda  90 yaşında dünyasını dəyişib.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat Xidməti xəbər verir ki, bu barədə  Polşa televiziyası xəbər verib.

 

Tanınmış Polşa kino rejissoru və prodüseri məşhur “Kanal”, “Kül və almaz”, "Günahsız sehrbazlar", “Pilat və digərləri” filmlərini lentə alıb.

 

A.Vayda  “Oskar” (2000-ci il) və “Sezar” (1982-ci il) mükafatına layiq görülüb, dəfələrlə Kann, Venesiya və Berlin kinofestivallarının mükafatçısı olub.

 

Bu ilin sentyabrında rejissorun son filmi  “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar”ın siyahısına daxil edilib .