00:00 - 18 Oktyabr 2016

13-19 oktyabr tarixlərində Bakıda “Visla” festivalı çərçivəsində 6 polyak filmi nümayiş olunacaq.

 

Bakı sakinləri və şəhərimizin qonaqları ən yaxşı və yeni polyak filmlərini “Visla” festivalı çərçivəsində seyr edə biləcəklər.  “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi” filmləri nümayiş olunacaqlar.

 

Nümayiş The Ladnmark Cinema kinosunda hər gün 13-19 oktyabr tarixlərin (17 oktyabr istisna olmaqla) saat 19.00 keçiriləcək. Giriş pulsuzdur.//ATV.az//