Fariz Əhmədovun “ Sonuncu “ filmi baş mükafata  layiq görülüb

17:41 - 10 İyun 2022

Rusiyanın  Çeboksarı şəhərində 15 – ci Beynəlxalq Kino Festivalı  öz işini başa çatdırıb.

 

Müsabiqənin tammetrajlı filmlər üzrə münsiflər heyətinə tanınmış  kinoşünas, rejissor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin katibi Ayaz Salayev sədrlik edib.

 

Qısametrajlı filmlər üzrə müsabiqədə İttifaqımızın üzvü, Azərbaycan rejissoru Fariz Əhmədovun “ Sonuncu “ filmi baş mükafata  layiq görülüb. Bu ekran əsəri yüksək səviyyədə qarşılanıb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bu münasibətlə rejissor Fariz Əhmədovu təbrik edir, yeni – yeni yaradıcılıq uğurları arzulayır.