Rejissor Namiq Ağayevin 60 illik yubileyi tamam olur

14:42 - 20 İyun 2022

Tanınmış rejissor Azərbaycan Respublikası Kinematoqrafmılar İttifaqının üzvü Namiq Ağayevin 60 illik yubileyi tamam olur.

 

Arki.az xəbər verir ki, Namiq Ağayev 20 iyun 1962-ci ildə anadan olub. 1979-1987-ci ildərdə Akademik Milli Dram Teatırında asistent və rejissor vəzifəsində çalışıb. Daha sonra 1987-1993-cü illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor, 1993-2001-ci illərdə Türkiyanın dövlət və şəhər teatırlarında çalışıb və tamaşalara quruluş verib
2002-2007-ci illərdə Space TV -nın "Yaradıcılıq Emalatxanası Birliyi"nin bədii rəhbəri vəzifəsində çalışıb. 2007-ci ildən bu günə qədər Azerbaycan Televiziyasının rejissor vəzifəsində çalışır.

Namiq Ağayev 2002-ci ildə "Bu dünyanı nağıl bilək" klipinə görə "Humay" mükafatına, 2015-ci ild’ "Axınla aşağı" filminə görə "Ən yaxşı kişi rolunun ifası" nominasiyasında "Qızıl Pəri" mükafatına, "Ol" filminə görə "Ən yaxşı ssenari" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülüb. 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti qurumun üzvü olan Namiq Aağyevi 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yaradıcıllıq uğurları arzulayır.