YARAT-da Vaqif Mustafayevlə görüş keçirilib

16:33 - 18 Oktyabr 2022

YARAT-da rejissor, ssenarist, Azərbaycanın Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı və "Şərəf" və "Şöhrət" ordeni kavaleri, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Vaqif Mustafayevlə görüş keçirilib. 

 

Tədbir zamanı qonağın 1995-ci ildə çəkdiyi "Fransız" filmi nümayiş olunub. Daha sonra Vaqif Mustafayeva suallar ünvanlanıb.

"Fransız" filmi faciəvi komediyası – Azərbaycan dramaturqu, Qazaxıstan və Qırğızıstan Respublikalarının Dövlət Mükafatları Laureatı Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında lentə alınmışdır.  Ekran əsəri Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır .

Filmdə Yaşar Nuri, Fərman Şəkili, Zərnigar Ağakişiyeva və Nuriyyə Əhmədova kimi tanınmış aktyorlar rol alıb. Onlarla yanaşı filmdə fransız dili tərcüməçisi rolunu rəssam Ucal Haqverdiyev canlandırmışdır.