Beynəlxalq festivalda Şamil Əliyevin "ÇÖLÇÜ" filmi

14:29 - 25 Yanvar 2023

 

 

Niderlandın Amsterdam şəhərində “Qırmızı lalə” VIII Avrasiya Film Festivalı keçirilib. Festivalın məqsədi türk xalqlarının müasir kino sənətini Niderlandda geniş auditoriyaya tanıtmaqdır.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Kinorejissorlar Gildiyasının dəstəyi ilə fevstivalda rejissor Şamil Əliyevin “Çölçü” (Steppe Man) filmi nümayiş olunub.

Avropa Azərbaycanlıları Konqresi filmin nümayişində göstərilən dəstəyə görə Əqli Mülkiyyət Agentliyinə təşəkkürünü bildirilib.

Növbəti festivalın cari ilin mayında keçirilməsi nəzərdə tutulub.

Əqli Mülkiyyət Agentliyi beynəlxalq festivalda filmimizin nümayişinə dəstək olub