Adil Kərimli Mədəniyyət Naziri təyin edilib

16:05 - 14 Aprel 2023

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,14 aprel 2023-cü il

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,14 aprel 2023-cü il

Xatırladaq ki A.Kərimli 22 dekabr 2022-ci ildən mədəniyyət nazirinin birinci müavini vəzifəsini icra edirdi.