ARKİ Katibliyinin növbəti yığıncağı keçirilmişdir.

14:54 - 26 May 2023

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Katibliyinin  26 may 2023 – cü ildə keçirilmiş  geniş iclasında  Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər haqqında məsələ müzakirə olunmuşdur. İclasda həmçinin əlamətdar yubileylər, eləcə də 2 Avqust – Milli Kino günü münasibəti ilə fəxri adların təqdimatı və İttifaqa yeni üzvlərin qəbulu ilə bağlı məsələ müzakirə olunmuş, cari məsələlərə baxılmışdır.