“Zerkalo” XVII Beynəlxalq Film Festivalının nəticələri açıqlandı

18:30 - 6 İyul 2023

Rusiyanın İvanovo şəhərində keçirilən Andrey Tarkovski adına “Zerkalo” XVII Beynəlxalq Film Festivalı başa çatıb.

 İyunun 30-dan iyulun 5-dək davam edən festivalda 12 ölkədən 8 film iştirak edib.

Beynəlxalq münsiflər heyətinin Qran-Pri mükafatı hindistanlı rejissor Caişankar Aryarın çəkdiyi “Şivamma” filminə verilib. “Ən yaxşı rejissor” mükafatına ABŞ ekran əsəri “Fremont”a görə iranlı rejissor Babək Cəlali layiq görülüb. Münsiflər heyətinin xüsusi mükafatı Levan Koquaşvilinin gürcü filmi “Brayton 4”ə verilib.

Qeyd edək ki, festivalda münsiflər heyətində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü , prodüser, rejissor Fariz Əhmədov da təmsil olunub.