Kino Ittifaqlarının birgə konfransı keçiriləcək

13:48 - 21 Fevral 2024

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə konfransı təşkil olunacaq. Konfrans mart ayının 5-də saat 11:30-da  Xəqani küçəsi 7 ünvanında,Teatr Xadimləri İttifaqının binasında keçiriləcək. Konfransın gündəliyində duran ən vacib məsələlər birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi, sədr və  idarə heyətinin seçilməsi olacaq. 

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşmiş kino ittifaqına namizədi Xalq artisti Şəfiqə Məmmədovadır. Konfransda digər namizədlərin təklif olunacağı istisna edilmir.

Hər iki İttifaqın üzvlərinin konfransda iştirak etməsi vacibdir.