"Napoleon" filminin ilk treyleri yayımlanıb

17:14 - 11 İyul 2023

Apple TV+  "Oskar" mükafatlı Xoakin Feneksin  baş rolda oynadığı Napoleon” filminin ilk treylerini yayımlayıb.

Bir çox kult filmlərinin rejissoru olan Ridli Skotun sözügedən filmi Napoleon Bonapartın həyatından, hakimiyyətə gəlişindən, eləcə də İmperator Cozefina ilə münasibətindən bəhs edir. Qeyd edək ki, filmdə Cozefina obrazını məhşur aktrisa Vanessa Kirbi canlandırıb.

“Napoleon” filminin dünya premyerası 22 noyabrın 2023-də olacağı planlaşdırılıb