80-ci “Venesiya” Film Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb

11:51 - 24 İyul 2023

Bu il 80-ci Venesiya Film Festivalının əsas müsabiqəsinin  münsiflər heyətinin tərkibi elan edilib. Münsiflər heyətinə Ceyn Kempion (“İtin qəzəbi”), Martin Makdonaq (“Banşi İnişerina”), fələstinli teatr və kino aktyoru Saleh Bəkri (“Orkestrin səfəri”), amerikalı jurnalist, rejissor və prodüser Lora Poytras (“ Gözəlliklər və qantökmələr”), fransalı aktrisa və rejissor Mia Hansen Lev (“Berqmanın adası”), italyalı rejissor Qabriel Maynetti (“Pələng oğlan”), argentinalı ssenarist və rejissor Santiaqo Mitre (“Argentina1985”) və çinli aktrisa Şu Çi ( “Nyu York, mən səni sevirəm”) daxil olmuşlar.

Dünyanın ən nüfuzlu kino festivallarından biri olan “Venesiya” film festivalının münsiflər heyətinə məhşur  “La La Lend” filminin rejissoru Damyen Şazel rəhbərlik edəcək.

            Qeyd edək ki, festival avqustun 30-dan sentyabrın 9-dək keçiriləcək.