ARKİ-nin üzvü beynəlxalq film festivalının münsiflər heyətində təmsil olunacaq

11:46 - 2 Avqust 2023

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü,  kinorejissor və prodüser Fariz Əhmədov avqustun 25-29-da Sankt-Peterburqda keçiriləcək “Lendok” Beynəlxalq Film Festivalının münsiflər heyətində təmsil olunacaq.

Festivalda Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan rejissorların 30-a yaxın bədii və sənədli filmləri nümayiş olunacaq.

Bundan əlavə, festival çərçivəsində ustad dərsləri və kinolayihələrin təqdimatı da nəzərdə tutulub.