ARKI-nin üzvü beynəlxalq festivalın münsiflər heyətinin sədri olacaq

21:23 - 22 Avqust 2023

Azərbycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, kinorejissor Fariz Əhmədov “Lendok” Beynəlxalq Film Festivalının münsiflər heyətinin sədri seçilib. Festival avqustun 25-də Sankt-Peterburqda start götürəcək.

Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan rejissorların 40-dan çox bədii və sənədli filmlərinin nümayiş olunacağı festival sənədli və bədii filmlər olmaqla iki istiqamətdə keçirilir. Sənədli filmlərin münsiflər heyətinin sədri rejissor və prodüser Fariz Əhmədov, bədii filmlərin münsiflər heyətinin sədri özbəkistanlı rejissor, ssenarist Əli Xamrayevdir.