Prezident Vaqif Mustafayevlə bağlı Sərəncam verdi

16:08 - 28 Avqust 2023

Prezident İlham Əliyev kinorejissor, Xalq artisti Vaqif Mustafayevlə bağlı Sərəncam imzalayıb.

 Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün Vaqif Mustafayevin 70 yaşı tamam olur.