80-ci Venesiya Film Festivalının qalibləri açıqlandı

12:23 - 11 Sentyabr 2023

80-ci Venesiya Film Festivalının mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, mərasimdə ən yaxşı film nominasiyasında “Qızıl Aslan” mükafatını rejissor Yorgos Lantimosun “Zavallılar” filmi qazanıb.

“Gümüş Aslan” mükafatına “İo Kapitano” filminin rejissoru Matteo Qarrone layiq görülüb.

Piter Sarsqard "Yaddaş" filmindəki performansına görə "Ən yaxşı aktyor", amerikalı aktrisa Cailee Spaeny isə “Priszilla” filmindəki roluna görə "Ən yaxşı aktrisa" mükafatını alıb.

Festivalda münsiflər heyətinin böyük mükafatı rejissor Ryusuke Hamaquçinin “Şər yoxdur” filminə, münsiflər heyətinin xüsusi mükafatı isə “Yaşıl sərhəd” filminin rejissoru Agnieszka Hollanda verilib.

"Ən yaxşı ssenari" mükafatını "El Konde" filminin ssenari müəllifləri Pablo Larreyn və Gilermo Kalderon qazanıb.