"Sonuncu" filmi 29-cu "Listapad" Minsk Beynəlxalq Film Festivalında iştirak edəcək

11:13 - 31 Oktyabr 2023

Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən 17-24 noyabr tarixlərində Minsk şəhərində keçiriləcək 29-cu "Listapad" Minsk Beynəlxalq Film Festivalında ölkəmizi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, prodüser Fariz Əhmədovun "Sonuncu" filmi təmsil edəcək.

Qeyd edək ki, festivalda Azərbaycan nümayəndə heyətinin də iştirakı nəzərdə tutulmuşdur. Bununla bağlı "Belarusfilm" Milli Kinostudiyasından verilən açıqlamada  sözügedən festivalda, Belarus tamaşaçısının Azərbaycan kinosu ilə yaxından tanış olacağı və hər iki ölkə kinematoqrafçıları arasında daha dərin və səmərəli əməkdaşlıq imkanlarının yaradılacağına əminlik bildirilib.