ARKA “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsi ilə bağlı açıqlama yayıb

12:12 - 16 Fevral 2024

ARKA “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsi ilə bağlı açıqlama yayıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həll edilmişdir.

Mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı ARKA tərəfindən ödənilmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilmişdir.