00:00 - 3 Dekabr 2016

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Yeni Nəfəs-2” ssenari müsabiqəsinin iştirakçıları üçün "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda seminarların keçirilməsini davam etdirir.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, seminarları aparmaq üçün Azərbaycanın tanınmış kino xadimləri, xalq artistləri Ramiz Fətəliyev, Oqtay Mirqasım,Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov dəvət olunublar.

 

Bu gün də  İttifaqın akt zalında əməkdar incəsənət xadimi, yazıçı, dramaturq Natiq Rəsulzadə ssenari müsabiqəsinin iştirakçıları üçün seminar keçib.O "Müasir ssenari yaradıcılığının əsasları” mövzusunda müsabiqə iştirakçılarına kinoda ssenarinin əhəmiyyətindən danışıb. Natiq Rəsulzadə kino işinin uğurlu alınması bügünkü tələblərə cavab verməsi və dünya arenasında tanınması üçün müasir ssenarilərin vacib əhəmiyyət daşıdığını vurğulayıb.