Bu gün Ramiz Fətəliyevin 75 illik yubileyidir

16:52 - 7 İyul 2021

Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, 1974–1975-ci illərdə "Azərbaycanfilm" kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olmuş və həmin dövrdən yaradıcılıq bioqrafiyası azərbaycan kinematoqrafiyası ilə bağlı olmuşdur. 1985–1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışmışdır.1990–1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olmuşdur. Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm"də "Rəqiblər" (kinonovella), T.Bəkirzadə ilə birgə "Ömrün ilk saatı", "Dənizə çıxmaq qorxuludur" (V.Qonçarova, Ə.Əbluçla birgə), "Birisi gün,gecəyarısı" (M.Avdiyev, A.Donetslə birgə), "Sizi dünyalar qədər sevirdim", "Burulğan" (E.Quliyevlə birgə), "Xüsusi vəziyyət", "Akarsızlıq şəraitində", "Yaramaz" (V.Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən "Öz səadəti", "Köhnə məktublar", "Qraçlar", "Mənasız həyat" (Ukrayna), "Altıncı", "Hər cür rsqsiz", "Həyatın mənası" (Özbəkistan) bədii filmləri çəkilmişdir. 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , "Bir anın həqiqəti" (12 seriyalı), "Məhəllə", "Qraf Krestovski" və s. bədii televiziya filmlərinə quruluş vermişdir. O, 1986–1995-ci illərdə kinostudiyanın direktoru olmuşdur. SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.

Ramiz Fətəliyev Azərbaycan Respublikasının xalq artisti, respublika Dövlət Mükafatı Laureatıdır.

6 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramiz Fətəliyev "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə" "Şöhrət" ordeni  və "Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə" "Xalq artisti" fəxri adı ilə təltif edilib.

2019-cu ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatına layiq görülüb. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi olan Ramiz Fətəliyevi İttifaqın İdarə heyəti adından təbrik edir, ona möhkəm can sağlığı, yaradıcıllıq uğurlarının davamını arzulayırıq.