Xalq artisti Ramiz Əzizbəyli vəfat edib

12:16 - 10 İyun 2021

Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli vəfat edib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, o, bu gün 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Əzizbəyli bir müddətdir koronavirusa yoluxmuşdu. O, daha sonra infarkt keçirmişdi. Xalq artisti Zığ qəsəbəsində yerləşən koronavirus xəstələrinin müalicə aldığı modul tipli hospitalın reanimasiya şöbəsində müalicə olunurdu.

Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub.

Xalq artisti Ramiz Əzizbəyli həmdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. İttifaqın İdarə heyəti dəyərli sənətkarımızın fəfatından kədərləndiyini bildirir, onun əzizlərinə, yaxınlarına və sevənlərinə səbr arzulayır.

 

Allah rəhmət eləsin!