“ Oskar” mükafatına təqdimat üzrə Komissiyanın növbəti iclası keçirilib

12:17 - 7 Sentyabr 2021

Avqustun 30 –da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “ Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidməti xəbər verir ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020 – 2021- ci illərdə xarici fimlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.

 

Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.

 

Fimlər Komissiyaya sentyabrın 20 – dək təqdim olunmalıdır.

 

Ünvan: Səbail rayonu, Səməd Vurğun küç, 43. World Business Center, 16-cı mərtəbə.

Telefon: 012-597-48-04

Poçt: [email protected]