Ayaz Salayev “ Московская премьера” festivalının münsiflər heyətinin üzvü olacaq

19:55 - 25 Noyabr 2022

Tanınmış kinoşünas və rejissor Ayaz Salayev beynəlxalq festivalın münsiflər heyətində təmsil olunacaq.

 

Arki.az xəbər verir ki, Noyabrın 29–dan dekabrın 5–dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Birlik ölkələrinin 4–cü Beynəlxalq “ Московская премьера” kino festivalı keçiriləcək.

 

Bu festivalın tarixi 2003 – cü ildən başlayır və ilk prezidenti SSRİ Xalq artisti Aleksey Batalov olub. 2019 – cü ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə partnyorluq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü tanınmış kinoşünas və rejissor Ayaz Salayev bu forumun keçirdiyi 4–cü kino festivalında münsiflər heyətinin üzvü qismində iştirak edəcək.