Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı üzvlərinin növbəti yığıncağı keçirilmişdir.

20:00 - 17 Dekabr 2022

 

 

Dekabrın 17 – də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında İttifaqın Nizamnaməsinə uyğun olaraq növbəti yığıncaq keçirilib. İttifaqın sədri Şəfiqə Məmmədova geniş hesabat məruzəsi ilə çıxış edib.

          Ötən müddətdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub, perspektiv plan müəyyənləşdirilib. Belə ki, 2023 – cü ildə ilboyu ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin, Azərbaycan Kinosunun 125, C.Cabbarlı adına AzərbaycanFilm Kinostudiyasının 100 illik, görkəmli kinorejissor Rasim Ocaqovun 90 illik yubileylərinin keçirilməsi, eləcə də tanınmış kino xadimləri ilə bağlı və digər önəmli tədbirlərin reallaşdırılması qərara alınıb. Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin Sədri kimi təsdiqlənib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Sonra İdarə Heyəti üzvləri arasından 9 nəfərdən ibarət Katiblik təsdiq olunub. Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilməsi ilə bağlı göstərilən etimada görə təşəkkürünü bildirib və qarşıdakı dövrdə də ona bəslənilən ümidləri var qüvvəsi ilə doğruldacağını əmin edib.