Kann kinofestivalı baş rolda Conni Deppin olduğu filmlə açılacaq

21:13 - 12 Aprel 2023

76-cı Kann Film Festivalı fransız rejissoru Mayven (Mayven Le Besco) tərəfindən çəkilmiş, amerikalı aktyor Conni Deppin Kral XV Lüdovik obrazını canlandırdığı “Janna Dyübari” tarixi dramının dünya premyerası ilə açılacaq. Bu barədə  festivalın təşkilatçıları məlumat yayıb.

Qeyd edək ki, film Deppin keçmiş həyat yoldaşı, amerikalı aktrisa Ember Herdlə məhkəmə çəkişməsi səbəbindən üç illik fasilədən sonra peşəsinə qayıtmasını simvolizə edir.

Filmdə həmçinin fransız aktyorları Pier Rişar, Lui Qarrel, Melvil Pupo, Paskal Qreqori və başqaları çəkilib.

Xatırladaq ki, Kann Film Festivalının açılışı mayın 16-da olacaq. Bağlanış mərasimi isə mayın 27-nə təyin edilib. Həmçinin  bu ilki festivalın münsiflər heyətinə isveçli kinorejissor Ruben Östlund sədrlik edəcək