00:00 - 1 Sentyabr 2016

Dünyanın ən köhnə film festivalı olan Venesiya Film Festivalı 73-cü yaşını qeyd edir.



Arki.az xarici KİV-ə istinadən xəbər verir ki, festivalın açılışı "La La Land" filminin premyerası ilə başlayıb. Bundan başqa açılışa Bianka Balti, Barbara Palvin, Emma Sotun kimi bir çox məşhurlar qatılıb.

 

Gecənin əsas qəhrəmanları Emma Stoun və Rayan Qoslinqin çəkildiyi “La la lend” filmi olub. Film kasıb, amma istedadlı caz pianoçusu və aktrisa olmağı arzu edən ofisiant qızın həyatından bəhs edir. Filmin rejissoru isə Demen Şazelldir. Çoxlu mahnı və rəqslərin yer aldığı film festivalın əsas qaliblərdən biri olmağa namizəddir.

 

73-cü beynəlxalq kino festivalında Emira Kusturiça, Andrey Konçalovski, Vima Venderasa, Terransa Malika kimi kino veteranları və digər rejissorlar, eləcə də lap gənc müəlliflərin filmləri nümayiş olunacaq.

 

Qeyd edək ki, 73-cü Venesiya Film Festivalı 10 gün davam edəcək. Bu müddət ərzində münsiflər heyəti və qonaqlar iyirmi filmə baxacaq. Qaliblər 10 sentyabrda elan olunacaq.