Kann film festivalının açılışı olacaq

11:20 - 16 May 2023

Bu gün  76-cı Kann Film Festivalının açılış mərasimi keçiriləcək.  Festival mayın 27-nə dək davam edəcək. Münsiflər heyətinə “Kvadrat” (2017) və “Kədər üçbucağı” (2022) filmlərinə görə “Qızıl Palma budağı”nın ikiqat qalibi isveçli rejissor Ruben Östlund rəhbərlik edəcək. Həmçinin  münsiflər heyətinə rejissor Maryam Touzani, aktyor Denis Menoşe, rejissor Culiya Dükorno, ssenarist və rejissor Runqano Nioni, aktrisa və rejissor Bri Larson, aktyor Paul Dano, yazıçı Atik Rəhimi, rejissor və ssenarist Damian Sifron daxildir.

Qeyd edək ki, Festival məhşur aktyor  Conni Deppin baş rolda oynadığı “ Janna Dübari”  tarixi dramı ilə açılacaq.