Kann film festivalında fəxri mükafat təqdim olundu

10:43 - 17 May 2023

Aktyor Maykl Duqlas Kann Film Festivalında fəxri Qızıl Palma budağına layiq görülüb.

Mükafatı Duqlasa aktrisa Uma Turman və aparıcı Kyara Mastroyani təqdim ediblər.

“Bu mükafata və xoş sözlərə görə təşəkkür edirəm. Dünyada yüzlərlə festival mövcuddur, ancaq bir Kann var. Bu festivalın 76 yaşı var, amma mən daha da qocalmışam”, - 78 yaşlı aktyor səhnədə çıxış edib.

Duqlas kino sənətinin inkişafında müstəsna xidmətlərinə görə fəxri mükafata layiq görülüb. O, tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Aktyor film festivalına həyat yoldaşı Ketrin Zeta-Cons və qızı Karislə gəlib.