76-cı Kann Film Festivalının qalibləri elan olundu

23:56 - 27 May 2023

Fransız rejissoru Castin Trietin "Payızın trayektoriyası" filmi 76-cı Kann Film Festivalında "Qızıl Palma" mükafatına layiq görülüb.

 Film ərinin pəncərədən yıxılaraq müəmmalı şəkildə ölməsindən sonra həbs edilən alman yazıçısının hekayəsindən bəhs edir. Cinayət işində yeganə şahid onun kor oğludur və o, anasının günahsızlığına şübhə etməyə başlayır. Filmdə baş rolu Sandra Hüller canlandırıb. 

 

Digər nominasiyalar üzrə mükafatlar aşağıdakı kimi olub:

 

Ən yaxşı aktyor - yaponiyalı Koji Yakuşo ("Gözəl günlər").

 

Ən yaxşı qadın rolu - Türkiyəli aktrisa Merve Dizdar (Quru otlar haqqında, Türkiyə).

 

Qran Pri - britaniyalı rejissor Conatan Qlazerin "Maraq zonası" filmi.

 

Münsiflər heyətinin mükafatı - Aki Kaurismäki (Finlandiya) tərəfindən hazırlanmış "Ölü yarpaqlar".

 

Ən yaxşı rejissor: Çan Anh-hung (Ragout Doden Buffan)

 

Ən yaxşı ssenari: Yuji Sakamoto (Monster)