00:00 - 29 Mart 2018

Aprelin 3-də Muzey Mərkəzində milli kinomuzun 120 illiyinə həsr edilmiş “Azərbaycan kinosu afişalarda” adlı sərgi açılacaq.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq.

Sərgi çərçivəsində milli kinomuzun yaranma tarixindən, bu günədək ekranlaşdırılmış filmlərin fotoları nümayiş ediləcək.