00:00 - 9 Aprel 2018

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı

Azərbaycan kinosu – 120

 

“YENI NƏFƏS- III”

 

adlı qısametrajli ssenari müsabiqəsi elan edir.

 

Məqsəd:

Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir. Müsabiqədə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək mövqeyi tutur.

 

Şərtlər:

  • Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenarisini təqdim edə bilər.
  • Müsabiqəyə istənilən janrda, bədii, sənədli və animasiya ssenariləri qəbul olunur.
  •  
  • Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.
  •  
  • Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmamalıdır.
  •  
  • Qısametrajlı film üçün nəzərdə tutulmuş ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə, üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.
  •  
  • Şrift Courier New, ölçü 12 tələb olunur.
  •  
  • Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.
  • Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir.
  • Hər bir müəllif 3 (üç) ssenaridən artıq təqdim edə bilməz.
  • Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.
  •  
  • Ssenarilər 25 sentyabr 2018-ci il tarixinə kimi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.
  •  
  • Ünvan: Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı,

Bakı şəh.Səməd Vurğun küç.43/ World Business Center 16-cı mərtəbə

 

Qaydalar:

Müsabiqənin peşakar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir.

Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək.

Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq:

 

  • Qran Pri – 2500 manat (Ekranlaşdırılması nəzərdə tutulub)
  • I yer 2000 manat
  • II yer 1500 manat
  • III yer 1000 manat

Müsabiqənin nəticələri 2018-ci ilin oktyabr ayında açıqlanacaq.

 

Əlaqə üçün:Tel:(+99412597-48-04)

                     Fax:(+99412597-48-03)

                       Mob:(+99451427-41-03)

               [email protected]

 

İnformasiya dəstəyi:

 

AzərTac, Trend news agency, Day.Az, Kaspi qəzeti, Səs qəzeti, Mədəniyyət qəzeti