00:00 - 13 Aprel 2018

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti

Zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm cənab Prezident!

 

2018-ci il aprelin 11-də Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi sabitlik və sürətli inkişaf strategiyasına sadiqliyini bir daha sübut etdi. Azərbaycanın bütün sənət adamları, o sıradan kino xadimləri ölkəmizin hərtərəfli inkişafı, dünya meridianlarında şöhrətlənməsi naminə bundan sonra da səylərini əsirgəməyəcək, Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlara öz tövhələrini verəcəklər.

 

         Hörmətli cənab Prezident,

Aprelin 11-də qazandığınız böyük siyasi qələbəyə görə qürur duyuruq, Sizə qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlərə imza atmağınızı və xalqımızın rifahı naminə islahatları uğurla həyata keçirməyinizi arzulayırıq, Sizə möhkəm cansağlığı, tükənməz enerji, ölkəmizin bundan sonra da çiçəklənməsi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik!

 

         Hörmətlə və ehtiramla,

         Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının

İdarə Heyəti adından İttifaqın sədri                          Ş. Məmmədova