00:00 - 7 May 2018

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, konfransın əsas mövzusu “Heydər Əliyev və Azərbaycan Kinosu”dur. Konfransda Ümumilli lider Heydər Əliyevin Azərbaycan kinosuna verdiyi tövhələr və onun Azərbaycan kinosunun inkişafındakı misilsiz xidmətlərindən söhbət açılacaq. Tədbirdə Heydər Əliyevə həsr olunmuş film də nümayiş olunacaq.

Tədbirin təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Nizami Kino Mərkəzidir.

 

Elmi Praktiki konfrans 08 May 2018-ci ildə saat 11:00 da Nizami Kino Mərkəzində keçiriləcək.