00:00 - 6 May 2018

Ötən həftə Azərbaycanın Teatr və Kino İctimaətinə ağır itki baş vermişdir.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Xalq artisti Fuad Poladov vəfat edib.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib.
 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bütün üzvləri və kino ictimaəti bu ağır itkidən çox kədərlənmişdir. Fuad Poladov bütün teatr və kino ictimaətinin qəlbində daim yaşayacaqdır.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bütün üzvləri və kino ictimaəti bu ağır itki səbəbiylə Fuad Poladovun ailəsinə, onun yaxınlarına dərin hüzünlə başsağlığı verir, onlara səbr, dözüm arzulayır.

 

Allah rəhmət eləsin !!!