00:00 - 11 May 2018

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə böyük tədbir keçiriləcək.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, məşhur rejissorlar Giedre Jiçkite və Maite Alberdi ilə Azərbaycan kinematoqrafçılarının görüşü keçiriləcək. Görüşdə Çili və Litva istehsalı olan “Я не отсюда”(Mən burdan deyiləm) filmi də nümayiş olunacaq. Filmin nümayişində rus dilində sübtitrdan istifadə olunacaq.

 

Tədbir 16 May saat 19:00 da “CinemaPlus-Azərbaycan” kinoteatrında baş tutacaq.