00:00 - 10 May 2018

Bakıda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.Dövlət başçısı mərasimdə nitq söyləyib.

 

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş "Qızıl çinar” beynəlxalq mükafatının 2018-ci il üzrə qalibləri elan olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli musiqi mədəniyyətimizin inkişafı və təbliği, Azərbaycan dirijorluq məktəbi ənənələrinin yüksək səviyyədə davam etdirilməsi istiqamətində göstərdiyi böyük xidmətlərə görə Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı Larueatı, "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenli Rauf Abdullayevə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə görə Rusiyanın İTAR-TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Azərbaycan Respublikasının "Dostluq” və "Şöhrət” ordenləri laureatı Mixail Qusmana və Azərbaycan kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə görkəmli kinorejissor və ssenarist, Azərbaycan Respublikasının Xalq Artisti, "Şöhrət” və "Şərəf” ordenli Eldar Quliyevə "Qızıl Çinar” beynəlxalq mükafatını təqdim edib.

 

Mərasim konsert proqramı ilə davam edib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti İttifaqın katibi, görkəmli kinorejissor Eldar Quliyevə təqdim edilən "Qızıl Çinar” mükafatı münasibətiylə onu ürəkdən təbrik edir, can sağlığı, yaradıcıllıq uğurları arzulayır.