Beynəlxalq Müsəlman Filmələri Festivalına yekun vurulub

16:10 - 14 Sentyabr 2021

Tatarıstanın paytaxtında 17-ci Beynəlxalq Müsəlman Filmələri Festivalına yekun vurulub. Bağlanış mərasimində qaliblərə xüsusi mükafat və prizlər təqdim edilib.


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, festivalın təşkilat komitəsinə bu il 45 ölkədən 584 müraciət göndərilib. Seçim komisiyyası cəmi 50 filmi qəbul edib. Tatarıstan Republikasının Baş naziri, Ümumdünya Tatar Konqresinin “Milli Şura”sının sədri Vasil Şayxraziyev  bildirIib ki, festivalın  maraqlı keçməsi və ən layiqli filmlərin seçilməsi üçün bütün lazimi tədbirlər görülüb. Ötən əsrin 90-ci illərinin küçə yeniyetmələrinin azad həyatından bəhs edən “18 kilovers” filmi Qazaxıstanın tanınmış kinorejissoru Fərhad Şaripovun uğurlu işlərindən biri kimi yüksək dəyərləndirilir.


Kazan kinofestivalının Qran-pri mükafatına isə “18 kilohers” adlı film layiq görülüb.