“Moskva premyerası” festivalında “Gənc Azərbaycan kinosu” proqramı təqdim olundu

16:00 - 21 Dekabr 2021

17-21 dekabr tarixlərində Moskvada MDB ölkələrinin təmsilçilərinin iştirakı ilə “Moskva premyerası” beynəlxalq kino festivalı keçirilib. Festival çərçivəsində “Gənc Azərbaycan kinosu” adlı xüsusi proqram təqdim olunub.

 

Proqrama Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun”, Elmar İmanovun qısametrajlı “Ayrılıq” (E. Kundaqla birgə), Teymur Hacıyevin “Axşama doğru”, Azər Quliyevin “Təngənəfəs” və Lalə Əliyevanın “Onlar pıçıldayır, bəzən də qışqırırlar” filmləri daxil edilib.

ARKİ.az xəbər verir ki, proqrama daxil olan bir tam və dörd qısametrajlı film Bakı və ətraf ərazilərdən olan kinematoqrafçılar nəsli haqqında yalnız fraqmentar təsəvvür yaradır. Buna baxmayaraq, on ilə yaxındır ki, sənətə gəlmiş bu rejissorlar hazırkı müasir Azərbaycan kinosu haqda təsəvvür yaradırlar.

Xatırladaq ki, on ölkədən 100-ə yaxın iştirakçı və bir çox qonaqların iştirak etdiyi festivalın açılış və bağlanış mərasimləri “İllüzion” kinoteatrında, qısametrajlı filmlərin birgə istehsalı və təbliği problemləri ilə bağlı panel müzakirəsi isə “Voznesenski” mərkəzində keçirilib.