Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad olundu - SƏRƏNCAM

17:35 - 3 Noyabr 2022

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət nazirinin birinci müavinini işdən çıxarıb. 

 

Arki.az xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı sərəncama əsasən, Elnur Əli oğlu Əliyev Azərbaycanın mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.