Ramiz F?t?liyevin 70 illik yubileyi qeyd olunub -Fotolar

00:00 - 1 İyul 2016

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının  mətbuat xidməti xəbər verir ki, tədbir ssenarist və kinorejissora həsr edilən videoçarxın nümayişi ilə başlayıb. Ramiz Fətəliyev yubiley gecəsində aparıcılığı özü edib və özü haqqında danışıb.

 

Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev Ramiz Fətəliyevlə bağlı xoş xatirələrini bölüşüb.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ramiz Fətəliyevin Azərbaycan kinosunun tarixində gördüyü böyük işlərdən danışıb. Nazir qeyd edib ki, prezident İlham Əliyevin Ramiz Fətəliyevin Azərbaycan kino tarixindəki xidmətlərinə verdiyi qiymətin göstəricisidir ki, ölkə başçısı məşhur ssenarist və kinorejissoru,eyni gündə həm Xalq artisti fəxri adı, həm də "Şöhrət" ordeni ilə təltif edib. 

 

Daha sonra çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının  sədri, SSRİ-nin və Azərbaycanın Dövlət mükafatları laureatı, professor Şəfiqə Məmmədova Ramiz Fətəliyevi özü ilə eyni dövrdə olan ssenaris və rejisorların ən görkəmli nümayəndəsi olduğunu bildirib.

Tədbir Ramiz Fətəliyevin ssenariləri əsasında çəkilən filmlərdən fraqmentlərin nümayişi ilə davam edib.

 

Yubilyarjurnalistlərlə söhbətində ölkə prezidentinə onatəqdimedilənyüksəkfəxriadlaragörə minnətdarlığını bildirib."Mən 70 yaşıma çatmışam. Amma inanmıram ki, bu yaşdayam. Əgər bu yaşa gəlib çatmışamsa, deməli nəsə etmişəm. Yubileyimin təmtəraqlı keçirilməsinə görə, dövlət rəhbərinə, Mədəniyyət və Turizm Nazirliyinə minnətdaram" - deyə Ramiz Fətəliyev bildirib.

Ramiz Fətəliyev 1946-cı il iyunun 7-də Bakıda anadan olub. O, 40-dan artıq bədii filmin ssenari müəllifidir. Onların arasında “Altıncı”, “Ailə işi” (1982, rej. Nikolay Maletskiy), “Şahidsiz” (1983, Nikita Mixalkov), “Sizi dünyalar qədər sevirdim” (1985, Rasim İsmayılov), “Yeni evlənənlər üçün çətir” (1986, Rodion Naxapetov), “Yaramaz” (1988, Vaqif Mustafayev) və digər yaddaqalan filmlər var.

İki teleserialın — “Anın həqiqəti” (2003, Azərbaycan), “Qraf Krestovski” (2004, Rusiya) və “Hökmdarın taleyi” (2007) bədii filminin quruluşçu rejissorudur.

Ramiz Fətəliyev 1987-1995-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub.