00:00 - 4 İyun 2018

Azərbaycanın görkəmli aktyoru Azərbaycan SSR-nin xalq artisti Həsənağa Turabovun 80 illik yubileyi keçiriləcək.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, ömrünün böyük bir hissəsini kinoya həsr edən aktyorun 80 illik yubileyi tamam olur. Azərbaycan SSR-nin xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı olan Həsənağa Turabovun keçiriləcək 80 illik yubileyində onun çəkildiyi kinolardan kadrlar nümayiş olunacaq, yaratdığı unudulmaz obrazlar xatırlanacaq, onunla birgə çalışmış aktyorlar, aktrisalar, rejissorlar böyük sənətkar haqda fikirlər səsləndirəcək. Həmçinin görkəmli aktyorun həyat və fəaliyyətindən bəhs edən fotosərgi də nümayiş olunacaq.

 

Yubiley gecəsi Azərbaycan Mədəniyyət Nazirliyinin, Dövlər Film Fondunun, Cəfər Cabbarlı adına Teatr Müzeyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

 

Tədbir 8 iyun saat 16:00 da Cəfər Cabbarlı adına Teatr Müzeyində keçiriləcək.