00:00 - 27 İyun 2018

Əslən azərbaycanlı olan görkəmli İran rejissoru Məcid Məcidi ilə görüş keçiriləcək.

 

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, Mədəniyyət Nazirliyindən KIV-ə verilən məlumata görə, görüş İran Mədəniyyəti Günləri çərçivəsində iyunun 29-u saat 16-da Dövlət Film Fondunda baş tutacaq.

 

Bir gün öncə isə Nizami Kino Mərkəzində Məcid Məcidinin məşhur “Məhəmməd: Allahın elçisi” filmi təqdim olunacaq.

 

Azərbaycan tamaşaçısı Məcid Məcidini “Sərçələrin nəğməsi”, “Cənnətin uşaqları”, “Cənnətin rəngi”, “Baran” və digər məşhur filmlərdən tanıyır.