Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib

00:00 - 5 Mart 2021

Xalq artisti Fəxrəddin Manafova ağır itki üz verib.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidməti xəbər verir ki, aktyorun həyat yoldaşı Vahidə Sadıqova dünyasını dəyişib. Bu haqda İttifaqın saytına xalq artistinin özü məlumat verib.

O bildirib ki, V.Sadıqiva bu gün gecə saatlarında vəfat edib.

Qeyd edək ki, mərhumun 65 yaşı var idi. V.Sadıqova Azərbaycan dövlət televiziyasında diktor olub.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyəti dəyərli xalq artistimizin həyat yoldaşının vəfatından kədərləndiyini bildirir, onun özünə, ailəsinə dərin hüznlə başsağlığı verir, səbr arzulayır.